Rusiya Ukraynaya İran PUA-ları ilə zərbə endirib - Con Kirbi

21-10-2022, 10:21           
Rusiya Ukraynaya İran PUA-ları ilə zərbə endirib - Con Kirbi
“Bu gün biz təsdiq edə bilərik ki, Krımda dislokasiya olunmuş rus hərbçiləri Ukrayna ərazisinə, o cümlədən Kiyevə zərbə endirmək üçün İran istehsalı olan PUA-lardan istifadə ediblər”.

APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bizdə olan məlumata görə Krımda olan İran hərbçiləri bu əməliyyatda Rusiyaya kömək ediblər” – deyə Kirbi əlavə edib.

Kirbi bildirib ki, rəsmi Vaşinqon Rusiyanın İrandan müasir silahlar, o cümlədən “yer-yer” tipli raketlər ala biləcəyindən narahatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru