İnsanların manyak Ceffriyə rəğbəti “eBay”ı sərt qərar verməyə məcbur etdi - FOTO/VİDEO

21-10-2022, 12:34           
İnsanların manyak Ceffriyə rəğbəti “eBay”ı sərt qərar verməyə məcbur etdi - FOTO/VİDEO
“eBay” manyak Ceffri Damerlə bağlı malların satışını qadağan edib.

Bu barədə platformanın nümayəndələri məlumat yayıb.

Bildirilir ki, “Netflix” serialı “Monster: The Jeffrey Dahmer Story” (“Vəhşi: Ceffri Damerin hekayəsi”) yayımlandıqdan sonra istifadəçilərin qatillə bağlı kostyum və aksessuarlara marağı bir neçə dəfə artıb. Bu səbəbdən şirkət bu qəddar cinayətkarla əlaqəli əşyaları, geyimləri saytdan silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, serialın uğurundan sonra “Damer” obrazını canlandıran aktyor Evan Petersin serialda taxdığı eynəkdən tutmuş, sarışın parik və köynəyə kimi bir çox əşyalar müxtəlif onlayn platformalarda satışa çıxarılıb.
Yeri gəlmişkən manyak Ceffri Damer haqqında serial “Netflix” yayım platformasında ən populyar ingilisdilli serialların zirvəsində ikinci olub. Birinci yerdə “Stranger Things” (“Qəribə şeylər”) serialı gəlir.


TMZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru