Dədə Süleymanla vida mərasimi keçirilir - YENİLƏNDİ

23-10-2022, 16:45           
Dədə Süleymanla vida mərasimi keçirilir -
Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev ilə Təzəpir Məscidində vida mərasimi keçirilir.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

xxx

15:12

Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vida mərasimi olacaq.

Bu haqda Publika.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı məlumat verib.

"Saat 16:00-da Təzəpir məscidində vida mərasimi olacaq", - Bəşirqızı bildirib.

Xatırladaq ki, əməkdar artistin qızı Aygün Abdullayeva vida mərasiminin olmayacağını açıqlamışdı.

Qeyd edək ki, Süleyman Abdullayev bu gün 83 yaşında dünyasını dəyişib.

xxx

12:06

Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vida mərasimi olmayacaq.

Publika.az xəbər verir ki, bu haqda Teleqraf.com-a əməkdar artistin qızı Aygün Abdullayeva deyib.

O bildirib ki, atası Müşviqabad qəsəbəsi qəbristanlığında dəfn olunacaq:

"Bu gün atam anamın dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılacaq. Hazırda nəşi məscidə, ordan isə öz evinə aparılacaq. Vida mərasimi olmayacaq. Öz evindən son mənzilə yola salınacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.