Yarım saat ərzində Rusiyanın iki helikopteri vuruldu
25-10-2022, 08:14
Bu gün Ukraynanın cənubunda Rusiyaya məxsus iki Ka-52 helikopteri vurulub.
Bu barədə Ukraynanın “Cənub” hava komandanlığı məlumat yayıb.
“Oktyabrın 24-də saat 13.00-dan 13.30-dək Xerson vilayətinin Berislav rayonunda “Odessa” və “Xerson” zenit-raket briqadalarının bölmələri düşmənin iki Ka-52 hücum helikopterini vurub”, – məlumatda qeyd olunub.