KFC Rusiyadakı biznesini satır

25-10-2022, 11:14           
KFC Rusiyadakı biznesini satır
“Yum! Brands” şirkəti KFC-nin Rusiyadakı biznesinin satışını təsdiqləyib.

“Müqaviləyə əsasən, alıcı satış məntəqələrinin fərqli konsepsiyada rebrendinqinə görə məsuliyyət daşıyacaq. Bundan əlavə, alıcı şirkətin işçilərinin Rusiyada saxlanmasına cavabdeh olacaq. Müqavilənin başa çatdırılması tənzimləyici orqanlar və dövlət orqanlarının razılığı, habelə tərəflərin razılaşdırdığı digər şərtlərlə həyata keçirilir. Saziş tamamlandıqdan sonra “Yum! Brands” Rusiyadakı biznes fəaliyyətini dayandıracaq”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, “McDonals” kimi KFC-nin də yerli sahibkara satılaraq adının dəyişdiriləcəyi gözlənilir.

Ümumilikdə Rusiyada minə yaxın KFC restoranı var.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru