Neftçalada 2 saylı orta məktəbə inəklər gedir - FOTO
7-06-2016, 12:18
Rayonlarda bütün sahələrdə ciddi problemlərin hökm sürdüyü heç kimə sirr deyil. İcra başçıları, aidiyyatı qurumların rəhbərləri problemlərin varlığını öz postlarını qorumaq xatirinə dansalar da, reallıq ortadadır.
Ən acınacaqlı hal isə son illər təhsil sisteminə vurulan ağır zərbədir ki, bu nazir Mikayıl Cabbarovu qəti narahat etmir. Təsəvvür edin, məktəbə inəklər gedir… Bəli, tamamilə düz oxudunuz, bu gün məktəbə inəklər ayaq açıb.
Neftçala rayon, 2 saylı orta məktəb. Zaman-zaman bu məktəbin məzunları Azərbaycanın adlı-sanlı universitetlərinə ən yüksək balla qəbul olardı. Bu məktəbin məzunları arasında elmi dərəcə alanlar, professorlar, hazırda Azərbaycanı xarici ölkələrdə təmsil edənlər var. İndi isə bu məktəb baxımsızlıq üzündən inəklərin istirahət məkanına çevirilib. Rayon mərkəzindən çöx da uzaq olmayan bu təhsil ocağı iki il əvvəl prezidnetin göstərişi ilə əsaslı təmir olunub. Məktəbin arxa hasarı isə indi müharibə illərində uçuıub dağılmış bir məkanı xatıırladır.
Məktəbin yeni direktoru, gənc xanım Xəyalə Əlizadə isə bu inəklərə gözün üstə qaşın var demir. Deyə də bilməz, çünki, bu xanımın məktəbdən xəbəri yoxdur. Heç əslində Xəyalə xanıma deyiləsi sözüm də yoxdu. Çün, çavan xanım məktəbin həyətindən inək qovan deyil ki… Bəs onda neyləməli? Bəlkə Mikayıl Cabbarov özü getsin bu inəklərlə söhbətə. Bəlkə o inəkləri başa salsınlar ki, ay inək, bura məktəbdir, girmək olmaz… Yox, bu da olmaz, inək də qayıdar cavab verər ki, məktəbdir? Axı məktəbə oxşamır…
Neftçala Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun da başı müəllimlərdən 5 manata yığıb icra başçısının müavini Gültəkin Sadıqovaya verməyə qarışıb. 5 manat az pul deyil, cənablar, dama-dama 100 minlər olur, bəlkə də milyonlar. Ona görə də, Gültəkin Sadıqovanın Bakıda 4 evi var. Pulun iti balta da kəsmir. Biz hələ, sakit-sakit saman altdan su yeridib biznesmenə çevirilən Əjdər Kərimovun əmlakını demirik. İllərdir Neftçala Təhsil Şöbəsinin müdiri işləyən Əjdər Kərimov elə bilir ki, onun əməllərindən heç kimin xəbəri yoxdur. Amma anlamır ki, yox dostum, görünən dağa bələdçi lazım deyil. Gültəkin Sadıqova da həmçinin… Babamın babasının babası filminə çoxumuz baxmışıq. Yəqin Gültəkin Sadıqova da baxıb. Nə isə…
Neftçaladan hələ çox yazacam. Çün rayonda kifayət qədər problemlər baş qaldırıb.