Yasamal qəbirsanlığında köhnə qəbirlər dağıdılır, yerləri satılır - FOTOFAKT

8-06-2016, 14:19           

Teref. Infonun poçtuna Baknın Yasamal rayonunda yerləşən qəbiristanlıqdan şok bir şikayət məktubu daxil olub.
Şikayətçi yazır:
Hörmətli redaksiya, Yasamal qəbristanlığında artıq özbaşınalıq baş alıb gedir.
Aşağıda göndərdiyim şəkillərə diqqətlə baxsanlz görərsiniz ki, qəbirsanlığın rəhbərliyi necə naqis işlərlə məşğuldur.
Onlar xristian qəbirlərini sökərək, hazır yeni qəbir yerləri hazırlayırlar. Və təzə gələn müştərilərə 10 000- 20 000 manat arası satırlar. Dünənə qədər hansısa bir Böyük Vətən Müharibəsi əlilinə mənsub olan qəbir bu gün yox olur və onun yerini təmizlənmişv, hasara alınmış bir yeni qəbir sahəsi tutur. Bu qəbir sahələri isə böyük məbləğə satılır.



Şikayətçi teref.az-ya sonra yazır ki, Yasamal qəbristanlığına küçədən gəlib yer istəsəniz sizə deyərlər ki, yer yoxdur. Lakin şəkillərdə gördüyünüz kimi, VİP 2 nəfərlik qəbir yerləri xüsusi pullu adamlar üçün saxlanılır.
Rəhbəliyin xüsusi adamları var ki, onlar köhnə qəbir yerlərini güdürlər. Əgər bir nəfərin qəbri üstünə çoxdan adam gəlmirsə o qəbir yeri təcili dağıdılır və 2 nəfərlik satışa hazır qəbir yeri hazırlanır. Burda bir nəfərlik qəbir yeri olmur. Ancaq 2 nəfərlik və yaxşı qıymətə! Cibində 10 000 az pul varsa buralara yaxın dayanma!
Burda preskuranta görə yol qırağında olan hasarlanmış 2 nəfərlik qəbir yerini hətta siə 30 000- 40 000-nə də deyə bilərlər.






Gördüyünüz kimi burda artıq sökülüb yeni qəbir yeri tikiləmək üçün hazırlanmış yerlərdir. Dağıdılmış baş daşıları, demontaja hazır olan qəbirlər.Hər halda bütün bunlara görə bir gün bu qəbirsanlığın rəhbərliyi cavab verməli olacaq! Həmdə görəsən bu rəhbərlik o qazanılan pulları necə yeyir?
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.