Azad Rəhimovla oğlunun Azərbaycana vurduğu ziyan - 80-90 milyon

8-06-2016, 18:11           
Azad Rəhimovla oğlunun Azərbaycana vurduğu ziyan - 80-90 milyon
Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa "Qran Pri"sinin keçirilməsi üçün maliyyə planlarından danışıb

PİA.AZ Fanat.az-a istinadən xəbər verir ki, nazir Rusiyanın "Sovetskiy Sport" nəşrinə açıqlamasında Azərbaycanın bu il xərclədiyi pulu qaytara bilməyəcəyini etiraf edib.

Gələcəklə bağlı ümidli olan Azad Rəhimov bildirib ki, gələn il hər şey hazır vəziyyətdə olacaq, asfalt qatı dəyişdirilməyəcək. Bu isə onu Azərbaycanın "Formula 1"dən gəlir götürəcəyinə ümidləndirir. Amma təbii ki, bu sadəcə ümiddi. Çünki nazir özü də fikirlərini qətiyyətlə bildirmir və bu yarışların ölkəmizə xeyir verəcəyinə sadəcə ümid edir.

Bəs Azərbaycan "Formula 1" üçün nə qədər pul xərcləyib? Bununla bağlı indiyədək konkret rəsmi rəqəm açıqlanmayıb. Bir müddət əvvəl yarış üçün 150 milyon dollar xərclənəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Düzdü, həmin vaxt Azad Rəhimov bunu təkzib etsə də, yenə rəsmi bir rəqəm açıqlamaqdan yayınmışdı. Sadəcə, 6 kilometrlik yollar üçün 12, Pitstop binası üçün 30 milyona dollar xərclənəcəyini bildirmişdi.

Qeyri-rəsmi mənbələrdə isə fərqli rəqəmlər var. BBC yazır ki, Azərbaycan təşkilatçılıq hüququna görə bu il beynəlxalq təşkilata 34 milyon dollar ödəyəcək. Ölkəmizlə "Formula 1" arasında imzalanan müqavilənin müddəti 10 illikdi. İlk ildə 34 milyon dollar ödənəcəksə, bu məbləğ növbəti illərdə hər il təxminən 10 faiz qalxacaq.

BBC-nin iddialarına görə, Bakıdakı yarışın hər ili təxminən 80-90 milyon dollara başa gələcək. Yolların hazırlanmasına 12, Pitstop binasına 34, tədbirlərin, seminarların keçirilməsinə 5 milyon, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə daha neçə milyonlar...

Daha bir maraqlı məqam: 2016-cı ildə ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi üçün dövlət büdcəsindən 324 milyon manat ayrılması nəzərdə tutulub. Bu il ölkəmizdə "Formula 1"dən də başqa yarışlar keçiriləcək. Amma bu yarışlar "Formula 1" qədər büdcəyə ehtiyac duymur. Bir sözlə, idman yarışlarına ayrılan büdcənin böyük hissəsi məhz maşınların Bakı küçələrində 200 km/saat-la şütüməsinə sərf olunacaq.

Qeyd edək ki, "Formula-1" üzrə Bakı "Qran Pri"sinin təşkilatçısı Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkətidi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.