Merkel ekonomla uçdu

16-03-2023, 10:44           
Merkel ekonomla uçdu
Almaniyanın keçmiş kansleri Angela Merkel ekonom sinifdə səyahətə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Nəşrin məlumatına görə, uçuş zamanı Merkel planşetdə kitab oxuyub, krossvordlar edib, sendviç yeyib. Siyasətçini bir neçə nəfər müşayiət edib. Keçmiş kanslerin Fuerteventura adasında əri professor Yoahim Zauerlə birlikdə istirahətə etdiyi bildirilib.

Qeyd olunur ki, əvvəllər o, səyahət üçün dövlət təyyarələrindən istifadə edirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.