Rusiyanın müharibədə ölən muzdlularının Bakinskaya kəndində dəfninə icazə verilmədi

20-03-2023, 12:46           
Rusiyanın müharibədə ölən muzdlularının Bakinskaya kəndində dəfninə icazə verilmədi
Rusiyanın cənubundakı kiçik bir şəhər olan Qoryaçiy Klyuçda yerli administrasiya ilə “Vaqner” özəl hərbi şirkət arasında münaqişə səbəbindən vəziyyət çox gərginləşib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mübahisə şirkətin nəzarətində olan Bakinskaya kəndində qəbiristanlığın genişləndirilməsinə qoyulan qadağaya görə başlayıb. Ancaq səlahiyyətlilər qəbiristanlığın genişləndirilməsini qadağan etmək qərarına gəldikdə, təhdidlər başlayıb.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, o, “vaqnerçilər”lə birlikdə tabutları merin evinə gətirib qonaq otağına qoymağa hazırdır. Bundan əlavə, o, baş prokurora merin bütün Rusiyanı "diskreditasiya" və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə müraciət edib.

Ancaq bu hamısı deyil. Bir qrup “vaqnerçi” məmurları hədələyərək onları “nasist” adlandırdıqları video yayımlayıb. Nəticədə yerli hakimiyyət güzəştə getməyə və məhbusların dəfn mərasimini şəhər kənarında bərpa etməyə məcbur olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.