Kreml açıqladı: Putin özünün həbsi ilə bağlı məhkəmə qərarına nə reaksiya verib?

21-03-2023, 08:38           
Kreml açıqladı: Putin özünün həbsi ilə bağlı məhkəmə qərarına nə reaksiya verib?
“Rusiya Prezidenti Vladimir Putin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsi üçün order verməsi barədə qərarına sakit reaksiya verdi”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov konfrans zamanı bildirib.

“Biz həm ölkəmizə, həm də prezidentə qarşı dünyada çox sayda açıq düşmənçilik təzahürləri görürük. Biz bunları qeydə alırıq, lakin bu düşmənçilik təzahürlərinin hər birini ciddiyə alınsa, gedişat yaxşı nəticələnməz. Biz bunu sakit qarşılayırıq və fəaliyyətimizə davam edirik. Ən əsası, prezident öz işini davam etdirir”, – deyə Peskov qeyd edib.

Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.