ƏSMM direktoru içkili vəziyyətdə pillələrdən yıxılıb, qolunu qırdı-AĞCABƏDİDƏ

10-06-2016, 15:54           

Babək Hüseynov köhnə qaydalarla işləyir: «5-6 ayı mənim, qalanı sənin»

Ağcabədi Əmək və Sosial Müdafiə Mərkəzinin (ƏSMM) direktoru Babək Hüseynovun rayonda yeyib-içən şəxs kimi tanınması ilk məlumat deyil. Onun uzun illərdir işdən sonra, bəzən isə iş saatlarında restoranlarda yaxşıca yeyib-içdiyini görənlər də çoxdur. Bəzən isə günorta saatlarından sonra Babək müəllimi ayıq tapmaq da olmur. Bunu JAM.AZ-a rayon sakinləri bildiriblər.
Onların verdiyi məlumata görə, ƏSMM direktoru ötən günlərdə Ağcabədidəki restoranlardan birində yaxşıca yeyib-içdikdən sonra pillələrdən yıxılıb. Nəticədə, qolunu qıran mərkəz direktoru bir neçə gün işə çıxı bilməyib.
Rayonun aztəminatlı ailələrindən JAM.AZ-a verilən məlumatlarda o da vurğulanır ki, Babək Hüseynov pul qazanmağın yeni yolunu tapıb. Belə ki, ünvanlı sosial yardım almaq üçün sənədlərini elektron poçt vasitəsiylə nazirliyə göndərən və müsbət cavab alan şəxslər pullarını almaq üçün mütləq Ağcabədi ƏSMM-in direktoruyla ortaq dil tapmalıdır. Onların sözlərinə görə, direktor bu zaman vətəndaşa bildirir ki, guya, sənədləri onların sayəsində qeydə alıblar. Və bu səbəbdən də vətəndaşın alacağı ünvanlı sosial yardımın 5-6 aylıq hissəsi direktora veriləmlidir.
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.