Növbəti dəfə uşaq dünyaya gətirmək istəməyən qadın ərini ikinci dəfə evləndirdi - Qəribə toy mərasimi (FOTO)

1-04-2023, 09:54           
Növbəti dəfə uşaq dünyaya gətirmək istəməyən qadın ərini ikinci dəfə evləndirdi -
Malayziyanın Cohor bölgəsində qəribə hadisə baş verib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki,Sarifha Salmah Tuan Embomg adlı 26 yaşlı qadın ərinə başqa qadınla toy mərasimi keçirib.
Bunun səbəbi ərinin daha çox övlad sahibi olması, özünün isə uşaq dünyaya gətirmək istəməməsidir.
Keçirilən toy mərasiminin görüntüləri TikTok-da paylaşıldıqdan sonra məşhurlaşıb.

Qadın 34 yaşlı əri Saiful Abdul Satarına uşaqlarına baxan Nur Elyana adlı dayə ilə evlənməyi təklif edib. Gənc qadın cütlüyün toy mərasimini də öz əli ilə hazırlayıb və gəlinlər də eyni paltarı geyinib, toyda foto çəkdiriblər.
Ayxan

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.