"Bura Azərbaycandır, başqalarından 100 manat, sizinkilərdən 50 manat almışam..." - Azərbaycanda daha bir tibb işçisinin şok rüşvət Videosu
10-06-2016, 17:46
Siyəzən rayon sakini Hüseynov Amil Əhmədxan oğlu redaksiyamıza şikayət ünvanlayıb.
Avropa.info xəbər verir ki, A. Hüseynov övladının əməliyyatı üçün M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ondan rüşvət tələb olunduğunu söyləyib.
Amil Hüseynov övladı Hüseynov Musa Amil oğlunun anadangəlmə ürək qüsuru olduğunu və həkimlərin müayinəsindən sonra ona açıq oval dəliyi diaqnozu qoyulduğunu deyir.
O oğlunun əməliyyat olunması üçün M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə üz tutub. Burada ona əməliyyatın 4000 manata başa gəldiyini deyiblər.
Daha sonra Heydər Əliyev fonduna müraciət edən Amil Hüseynovun oğlunu qeydiyyata alıb onun növbəsinin ancaq 8 aydan sonra çatacağını deyiblər.
Övladının vəziyyəti ağır olduğu üçün A. Hüseynov bu qədər müddəti gözləyə bilmədiyi üçün başqa dövlət qurumlarına müraciət edib və oğlunu əməliyyat etməyə müvəffəq olub.
Amma A. Hüseynovun əsas şikayəti isə həmin xəstəxananın uşaq kardiologiya şöbəsinin baş tibb bacısı Sevil adlı şəxsdəndir.
Şikayətçi bildirir ki, əməliyyat pulunun ödənilməsindən əlavə baş tibb bacısı onun ailəsindən əlavə ödəniş tələb edib və körpənin anası da həmin ödənişi edib.
A. Hüseynov faktla bağlı dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etsə də heç bir nəticə əldə edə bilməyib. [media=https://www.youtube.com/watch?v=8QhYT2uECtM]