Kəşfiyyat rəhbərinin qızı dostunu öldürüb
3-04-2023, 09:04

ABŞ kəşfiyyatının keçmiş direktoru Con Neqropontenin qızı Merilend ştatındakı evdə sərxoş halda mübahisə etdikdən sonra dostunu bıçaqlayaraq öldürdüyünə görə 35 il həbs cəzasına məhkum edilib.
Cebhe.info xəbər verir ki, 30 yaşlı Vaşinqton sakini Sofiya Neqroponte 2020-ci il yanvar ayında 24 yaşlı Yusuf Rasmussenin ölümü ilə nəticələnən qətldə təqsirli bilinib. İttiham aktı 15 ildən 25 ilə qədər həbs cəzası nəzərdə tutur. Lakin Montqomeri Dairə Məhkəməsinin hakimi Terrence McGann ictimai müdafiə və reabilitasiya ehtiyacını əsas gətirərək və onu "qəzəblə mübarizə aparan alkoqolik" adlandıraraq, bu təlimatlardan kənara çıxıb.
“The Washington Post”-un məlumatına görə, Sofiya Neqroponte 1980-ci illərdə ABŞ-ın Mərkəzi Amerika ölkəsinə səfiri təyin edildikdən sonra Con Neqropontenin həyat yoldaşı ilə birlikdə övladlığa götürdüyü beş yetim honduraslı uşaqdan biridir.
Makkartinin sözlərinə görə, mərhum Rasmussen və Sofiya Neqroponte Vaşinqton liseyində birgə oxuyublar və Rasmussenin öldürüldüyü gecə başqa bir şəxslə içki içiblər. Həmin gecə onlar iki dəfə dava ediblər və Rasmussen evdən gedib. Rasmussen mobil telefonunu almaq üçün geri qayıdanda Neqroponte ona bir neçə bıçaq zərbəsi vurub, onlardan biri ölümcül olub və şəxsin şah damarını kəsib.