Yeniyetməyə görə işdən çıxarılan baş həkimdən daha bir AÇIQLAMA

5-04-2023, 12:15           
Yeniyetməyə görə işdən çıxarılan baş həkimdən daha bir AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən çıxarılıb.

Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad olunduğu deyilir.

Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan və qaldığı uşaq evi ilə bağlı şikayət edən yeniyetmə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahüseyn Rəsulovsa mətbuata açıqlamasında yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, onda yüngül pozuntunun olduğunu deyib.

Baş həkim açıqlamasından bir gün sonra tutuduğu vəzifəsindən azad edilib.

Məlumatı Cebhe.info-ya təsdiqləyən sabiq baş həkim Ağahəsən Rəsulov bunun yeniyetmə ilə əlaqəli olmadığını deyib:

“Bunun səbəbini Səhiyyə Nazirliyindən öyrənin. Mən 2 ay bundan öncə öz ərizəmi vermişdim. Mənim müqaviləmin vaxtı uzadılmalı və ya uzadılmamalı idi. İki ay idi hazırlaşırdım, sadəcə, nazir indi əmr verib. O yeniyetmə ilə qətiyyyən əlaqəsi yoxdur. Yazırlar da, hamı senssasiya axtarır, belə bir şey yoxdur, yanlış fikirdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.