ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns bu həftə Səudiyyə Ərəbistanına səfər edərək krallığın səlahiyyətli nümayəndələri ilə görüşüb. Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən Əl Ərəbiyyə telekanalı məlumat yayıb. "Uilyam Berns Səudiyyə Ərəbistanına səfər edib, orada kəşfiyyatdan və ölkə rəhbərliyindən olan həmkarları ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib", - məlumatda deyilir.
Qeyd olunub ki, Uilyam Berns Vaşinqtonun Ər-Riyadla təhlükəsizlik məsələləri və terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirmək istəyini təsdiqləyib. Administrasiya rəsmisi MKİ rəhbərinin konkret kiminlə görüşdüyünü və krallıqda nə qədər müddət olduğunu açıqlamayıb.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, Bernsin Səudiyyə Ərəbistanına səfəri Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşması fonunda baş tutub.