Rusiyada avtomobil satışı 44.7% azalıb “Avropa Biznes Assosiasiyası”nın (ABA) dərc etdiyi hesabatda, sanksiyalar səbəbindən Rusiyanın avtomobil sənayesindəki sıxıntıların davam etdiyi üzə çıxıb.
İndex.az xəbər verir ki, ABA-nın hesabatında bildirilib ki, Rusiyada avtomobillərin satışı bu ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 44,7% azalaraq 153 minə düşüb.
Mart ayında isə ötən il ilə müqayisədə 10,6% azalma olduğu bildirilib.
Qeyd edək ki, bir çox qlobal avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırıb.