İsraildə terror aktı törədilib, ölən və yaralananlar var
8-04-2023, 10:14
İsrailin Təl-Əviv şəhərində atışma olub, yaralananlar var. "Report" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
İsrailin Təl-Əviv şəhərində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Məlumata görə, terrorçu bir neçə piyadanı vurduqdan sonra avtomobildən düşüb, daha bir nəfəri vurmağa cəhd edərkən polis əməkdaşı onu zərərsizləşdirib.