Dünyanın ən yaşlı pişiyi tapıldı - FOTO

8-04-2023, 11:59           
Dünyanın ən yaşlı pişiyi tapıldı - FOTO
İngiltərənin Norviç şəhərində dünyanın ən yaşlısı elan edilərək Ginnesin Rekordlar Kitabına düşə biləcək 31 yaşlı Rozi adlı pişik tapılıb.

Pişiyin sahibi 72 yaşlı Lila Brisset 1991-ci ildə onu bala ikən saxlamağa başlayıb. Yaşlı olmasına baxmayaraq, ev heyvanının bütün dişləri yerindədir. O, uzun ömründə cəmi iki dəfə baytar həkimə müraciət edib: 1990-cı illərdə sterilizasiyaya və 2018-ci ildə kistaya görə.

Rozinin iyunda 32 yaşı tamam olacaq. O, 2022-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən ən yaşlı pişik kimi tanınan Flossidən beş yaş böyükdür.

Brissettin dediyinə görə, Rozi bütün günü pəncərənin yanında yatır.

“Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs aldığını yoxlamalı oluram. Onun ölümü həyatımda böyük bir boşluq buraxacaq”, deyə heyvanın sahibəsi qeyd edib.


Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.