Deputat onların əfv olunmasına baxılmasını xahiş edib
11-04-2023, 12:49
Deputat Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında cəzaçəkmə müəssisələrindəki məhbus qadınların əfv olunması məsələsini qaldırıb.
“Paralel.az ” xəbər verir ki, onun sözlərinə görə, bir çox məhbus qadın öz körpə övladı ilə həbsxanada çətin şəraitdə yaşayır.
“Digərlərinin isə övladı evdə olduğundan onlarla əlaqə saxlamaqda çətinliklər çəkirlər. Ona görə də Əfv komissiyasından, komissiyada təmsil olunan deputat həmkarlarımdan xahişim budur ki, onların məsələsinə baxıb, əfv olunmasına nail olmalıyıq. Bu yolla biz onların yenidən cəmiyyətə inteqrasiya olunmasına və ayaq üstə durmasına yardım etmiş olarıq”, - deputat qeyd edib.