Ukrayna BU TARİXDƏ əks-hücuma başlaya bilər

12-04-2023, 07:46           
Ukrayna BU TARİXDƏ əks-hücuma başlaya bilər
Ukrayna Silahlı Qüvvələri yayda işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri və tərəfdaşları ona hücumda təzyiq göstərmirlər:

"İndi ən güclü təzyiq ölkə daxilindən hiss olunur. Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün buna 100%, hətta daha çox da hazır olmaq lazımdır”, - Şmıqal deyib.

Qeyd edək ki, daha öncə yayılan məlumatlarda Ukrayna ordusunun may ayına kimi hücuma keçəcəyi bildirilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.