Rusiyada 17 milyon insan səfərbər edilə bilər - Şok

14-04-2023, 08:35           
Rusiyada 17 milyon insan səfərbər edilə bilər - Şok
Elektron çağırış haqqında qanunla Kreml diktatoru Vladimir Putin Rusiyaya təhkimçilik hüququnu qaytardı. Əslində, Rusiya Federasiyasında ümumi səfərbərlik elan edilib.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı ekspert Oleq Jdanov deyib.

"Onlar indi reyestrə daxil olan hər kəsə zəng edə bilərlər. Bəzi hesablamalara görə, bu, 15-17 milyon insan ola bilər... Fikrimcə, Rusiyada ümumi səfərbərlik elan olunub və indi bu, kifayət qədər yüksək templə və böyük həcmdə davam edəcək”, - O.Jdanov bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibəni davam etdirmək üçün Putinə sadəcə olaraq “top yemi” lazımdır:

“Mənə elə gəlir ki, Stalinqrad yaxınlığında olduğu kimi, Putin bir tüfəngi iki nəfərə verəcək: biri - tüfəng, digəri - patron... Bu gün onlar artıq atıcı alaylar formalaşdırırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.