Azərbaycanın ilk qadın kiberidman komandası erməniləri məğlub edib birinci oldu - FOTO

14-04-2023, 09:21           
Azərbaycanın ilk qadın kiberidman komandası erməniləri məğlub edib birinci oldu - FOTO
Azərbaycanda ilk qadın kiberidman komandası yaradılıb.
Sosial şəbəkələrdə “East Legends” (Şərq əfsanələri) adlı qadınlardan ibarət “Counter Strike: Global Offensive” (CS:GO) kiberidman disiplini üzrə komandanın təşkil olunduğu haqqında məlumat yayılıb.

Rəsmi “Instagram” səhifəsində qeyd edilir ki, “East Legends” komandası artıq nüfuzlu təşkilat olan “FastCup”ın 8 aprel tarixində keçirdiyi “Sakura Female Cup” turnirinin qalibi olub.

Qələbəyə aparan yolda “Əfsanələr” İrəvanda yerləşən kiberidman təşkilatı “Virtus Pro”nun qadın yığmasını 19:16 hesabı ilə məğlubiyyətə uğradıb.

Ölkəmizin kiberidman tarixində nəinki “CS:GO” üzrə, ümumiyyətlə, ilk qadın yığması olan “East Legends” yetərincə cavan komanda olmasına baxmayaraq, iştirak etdiyi ilk turnirdə 22 komanda arasında birinci yerə layiq görülüb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.