Çinin müdafiə naziri aprelin 16-19-da Rusiyaya səfər edəcək 14-04-2023, 13:35 Çinin müdafiə naziri Li Şanfu aprelin 16-da Rusiyaya səfər edəcək."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutacaq.L.Şanfunun aprelin 19-dək davam edəcək səfər çərçivəsində rusiyalı həmkarı ilə yanaşı, bir sıra rəsmilərlə də görüşlər keçirməsi nəzərdə tutulub. Facebook-da paylaş