ABŞ-də əvvəl məmurlara, indi isə bir ştatın bütün sakinlərinə “TikTok” rəsmən qadağan edildi

16-04-2023, 11:44           
ABŞ-də əvvəl məmurlara, indi isə bir ştatın bütün sakinlərinə “TikTok” rəsmən qadağan edildi
ABŞ-nin Montana ştatında “TikTok” mobil tətbiqi qadağan edilib.

Bununla bağlı qanunvericilər qanun qəbul ediblər.

SB-419 kimi tanınan qanun layihəsi mobil proqram mağazalarının Montanadakı istifadəçilərə “TikTok”u yükləmək üçün təklif etməsinə mane olacaq.

Eyni zamanda, qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə mobil proqram mağazaları ilə məşğul olan “Apple” və “Google” qadağanı pozduqlarına görə cərimələnəcək.

Dövlətin qadağanı necə tətbiq edəcəyi hələlik bəlli deyil. Qanun layihəsi imzalanması üçün Montana qubernatoru Qreq Canforteyə göndərilib.

Qeyd edək ki, indiyə kimi ABŞ-də məmurların xidməti telefonlarında “TikTok”dan istifadə qadağan edilib.

Hazırda Kanadada, Belçikada, Britaniyada, Danimarkada dövlət qulluqçularına, həmçinin Avropa İttifaqı (Aİ) Komissiyasının işçilərinə təhlükəsizlik səbəbi ilə şəxsi və korporativ telefonlarında bu tətbiq yasaqlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.