Uşaqlar evə gələndə valideynlərinin başları kəsilmiş cəsədlərini tapıblar.
Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Hindistanda bir cütlük insanı heyrətləndirən qurbanlıq mərasimi keçirib.
Belə ki, Hemubhai Makvana və Hansaben Makvana evdə hazırlanmış gilyotinlə başlarını kəsiblər. Kəsilmiş başlar ikisinin hazırladıqları od qurbangahına yuvarlanıb.
Səlahiyyətlilər hadisənin şənbə və bazar günləri arasında Qucarat ştatında baş verdiyini açıqlayıb.
İntihar qeydində cütlük özlərini könüllü olaraq öldürdüklərini və ölümlərində heç kimin məsuliyyət daşımadığını qeyd ediblər. Cütlük qohumlarından uşaqlarına baxmalarını istəyib.