İranda təyyarə biletlərinin qiyməti - 2 DƏFƏ ARTACAQ

26-04-2023, 12:23           
İranda təyyarə biletlərinin qiyməti - 2 DƏFƏ ARTACAQ
İranın Aviasiya Təşkilatı ölkədə aviabiletlərin qiymətinin 2 dəfə artacağı barədə məlumat yayıb.

FED.az xəbər verir ki, İranın Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi mətbuata verdiyi açıqlamada İranda son 22 ay ərzində ciddi qiymət artımının olmadığını və bunun aviasiya şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.

O, Aviaşirkətlər Assosiasiyasının Nəqliyyatın Ali Şurasına 100% artım barədə yeni müraciət təqdim etdiyini və dəyərləndirilməsi üçün bazarın tənzimlənməsi qərargahına verilməsi barədə qərar qəbul edildiyini deyib.

Qeyd edək ki, İranın sərnişin aviaparkında 400-ə yaxın təyyarəsi olduğu halda, hazırda onların təxminən 115-i fəaliyyət göstərir. (Apa)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.