Çexiya Rusiya patriarxına qarşı sanksiyalar tətbiq etdi

27-04-2023, 08:08           
Çexiya Rusiya patriarxına qarşı sanksiyalar tətbiq etdi
Çexiya hökuməti Moskva və Bütün Rusiyanın patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edib.

O, ölkənin milli sanksiyalar siyahısına daxil edilən ilk rusiyalı olub.

Xarici işlər naziri Yan Lipavski patriarxın sanksiya siyahısına salınmasını şərh edərkən deyib ki, o, öz moizələri və ictimai çıxışları ilə “Rusiyanın Ukraynaya təcavüzünü” əsaslandırıb. Bundan əlavə, nazir Rus Pravoslav Kilsəsinin rəhbərinin artıq Böyük Britaniya, Kanada, Litva və Ukraynanın sanksiya siyahısında olduğunu və Çexiyanın bu ölkələrin qərarlarına arxalandığını xatırladıb.

Çexiya sanksiyaları ölkəyə girişin qadağan edilməsini və hər hansı əmlakın dondurulmasını nəzərdə tutur. Çex Maliyyə Təhlili Təşkilatı tədbirlərin həyata keçirilməsinə cavabdehdir.
aktualne.сz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.