“WhatsApp” “yanaşı görünüm” funksiyasına yenilik etdi - FOTO

30-04-2023, 11:31           
“WhatsApp” “yanaşı görünüm” funksiyasına yenilik etdi - FOTO
“WhatsApp” “Android” planşetlərində “yanaşı görünüm” funksiyasını ehtiva edən yeniləmə təqdim edib.

Planşet istifadəçilərinin ən böyük istəyi olan bu xüsusiyyəti beta versiyada sınaqdan keçirilməyə başlanıb.

Bildirilir ki, incə tənzimlənmiş interfeys sayəsində ekranda paralel görünüş yaranacaq və istifadəçilər artıq davam edən söhbətlərinin izini itirmədən çatlar arasında keçid edə biləcəklər.

Ancaq bu seçim də istəyə bağlı olacaq. İstifadəçilər istədikləri vaxt bu xüsusiyyəti deaktiv edə biləcəklər.

Mənbə: WABetaInfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.