Moskvanın Tretyakov Qalereyasında həyəcan: Ziyarətçilər təxliyə olundu 1-05-2023, 12:08 Moskvada Tretyakov Qalereyasına gələn ziyarətçilər bomba təhlükəsi xəbərindən sonra təxliyə edilib.Məlumata görə, insanlar bir müddət küçədə dayanıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək yoxlamalar aparıblar.Muzeyin işçiləri yoxlamadan sonra binada heç nə tapılmadığını bildiriblər.Qeyd olunub ki, qalereya həmişəki iş rejimində fəaliyyətini bərpa edib.Mənbə: Mash Facebook-da paylaş