Ukrayna qarşıdakı həftələrdə əks-hücuma keçəcək - Blinken

3-05-2023, 09:04           
Ukrayna qarşıdakı həftələrdə əks-hücuma keçəcək - Blinken
Vaşinqton Ukraynanın yaxın həftələrdə əks-hücuma başlayacağını düşünür.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

"Biz bilirik ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücuma keçməyi planlaşdırır", - Blinken deyib. Onun sözlərinə görə, döyüş meydanında uğur Ukraynanın danışıqlara aparan ən yaxşı və sürətli yolu ola bilər.

Qeyd edək ki, bu gün Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin əks hücuma hazır olduğunu deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.