ÜST-dən koronavirusla bağlı AÇIQLAMA

7-05-2023, 00:03           
ÜST-dən koronavirusla bağlı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun heç vaxt yox olmayacağını açıqlayıb.

Tribunainfo.az istinadən bildirir ki, bunu ÜST-ın icraçı direktoru Mayk Rayan deyib. O, bunun yalnız nəticələri ilə məşğul olmağın mümkün olacağını vurğulayıb:

“Siz yalnız onun nəticələri ilə mübarizə apara bilərsiniz, çünki onun heyvanlardan insanlara ötürülmə üsulları virusu tamamilə aradan qaldırmağa imkan verməyəcək”.

Bir gün əvvəl ÜST-nin baş direktoru Tedros Qebreyesus təşkilatın pandemiya koronavirus infeksiyası statusunu ləğv etdiyini açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 pandemiyasının başlanmasından bəri dünyada 765,2 milyon Covid-ə yoluxma halı qeydə alınıb və 20 milyondan çox insan bu xəstəliyin öhdəsindən gələ bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.