Nəhayət Natəvan Qədimovanın da SƏRƏNCAMI OXUNDU - GÖRƏVDƏN ALINDI

8-05-2023, 12:23           
Nəhayət Natəvan Qədimovanın da SƏRƏNCAMI OXUNDU -
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Natəvan Qədimovanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

TEREF.AZ-ın Report-a istinadən məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin".

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.