Bu il ABŞ-da 14 mindən çox insan silahla öldürülüb
9-05-2023, 08:44
İlin əvvəlindən ABŞ-da silahlı hücum nəticəsində 14 600 nəfər ölüb.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-dakı silahlı zorakılıq hadisələrini arxivləşdirən Silah Zorakılığı Arxivinin (GVA) məlumatına görə, bu il ölkədə 199 silahlı insident qeydə alınıb.
Ölənlərdən 521-nin gənc, 93-nün isə uşaq olduğu bildirilir. Polisin iştirakı ilə baş verən silahlı insidentlərdə isə 487 nəfər ölüb.