İsrail şəhərinə raket zərbəsi: Ölən və yaralananlar var - VİDEO

12-05-2023, 10:04           
İsrail şəhərinə raket zərbəsi:
Cümə axşamı Qəzza zolağından atılan raketin İsrailin mərkəzindəki Rehovot şəhərindəki yaşayış binasına düşməsi nəticəsində bir nəfər ölüb, ən azı yeddi nəfər yaralanıb.

Zərbədən əvvəl Rehovot və qonşu Ramla şəhərində hava hücumundan xəbərdarlıq sistemi işə düşüb.
Təl-Əvivdən 56 km cənubda yerləşən böyük dənizkənarı şəhər Aşkelonda da həyəcan təbili çalınıb.
İsrailin Baş naziri Benyamin Netanyahu axşam saatlarında hərbi kəşfiyyat zabitləri ilə əməliyyat müşavirəsi çağırıb.

Baş nazirin ofisindən verilən məlumata görə, iclasda İsrailin cavab tədbirləri müzakirə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.