Böyük Britaniya mütəxəssisləri bu yay ukraynalı pilotların təliminə başlayacaqlar

16-05-2023, 10:27           
Böyük Britaniya mütəxəssisləri bu yay ukraynalı pilotların təliminə başlayacaqlar
Bu yay Böyük Britaniya F-16 təyyarələrinə keçid üçün xüsusi proqram çərçivəsində ukraynalı pilotların təliminə başlayacaq.

Bu barədə Böyük Britaniya hökumətinin mayın 15-də verdiyi bəyanatda deyilir.

“Bu yay biz ukraynalı pilotlar qrupunun baza təlimi üçün ilkin uçuş mərhələsinə başlayacağıq”, - deyə hökumətin bəyanatında deyilir.


Xatırladaq ki, Baş nazir Rişi Sunak hələ fevral ayında Britaniyanın yeni Hərbi Hava Qüvvələri yaratmaq yolunda Ukraynanın səylərini dəstəkləmək üçün yerli pilotlara NATO standartlarına uyğun F-16 təyyarələri ilə yeni təlim proqramı hazırlayacağını bəyan edib.

Mənbə: ZN, UA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.