Amerika səfirliyi Sona Vəliyevaya viza vermədi... - GƏRGİN ANLAR YAŞANDI…

17-05-2023, 20:22           
Amerika səfirliyi Sona Vəliyevaya viza vermədi... -
Yaxın günlərdə Sona Vəliyeva 99 AA 520 nömrəli lüks avtomobili ilə viza almaq üçün Amerika Səfirliyinə gəlib.
Onunla bərabər rəhbərlik etdiyi Kaspi liseyinin 20 şagirdi də səfirliyə gəliblər. Amerika səfirliyində Sona Vəliyevanın kim olduğu aşkar edildikdə viza verməkdən imtina edilib və ciddi rezonans yaranıb.
Xatırladaq ki, Sona Vəliyeva Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşıdır. Əli Həsənov işində verdiyi nöqsanlara görə, vəzifəsindən azad olunmuşdur.
Onu da xatırladaq ki, Əli Həsənovun oğlu Şamxal Həsənov Amerikada yaşayır. Şamxal Həsənov yaxın vaxtlarda Mayamidə qumar oyunlarında külli miqdarda pul uduzmaqla medianın gündəmini zəbt etmişdir.
Gundelik-baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.