Paşinyanın oğlunun oğurlanması ilə bağlı bir nəfər tutuldu

17-05-2023, 22:34           
Paşinyanın oğlunun oğurlanması ilə bağlı bir nəfər tutuldu
Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı bir nəfəri saxlayıb.
Bakupost.az xəbər verir ki, hadisə ilə əlaqədar müharibədə ölən erməni hərbçinin anası tutulub.
İstintaq Komitəsi hadisə ilə bağlı (adam oğurluğu maddəsi) cinayət işi açıb.
Aşot Paşinyanı oğurlamaqda ittiham edilən “Oğulların çağırışı” adlı qeyri-hökumət təşkilatı da hadisə ilə bağlı məlumat yayıb. Təşkilatın üzvü, 44 günlük müharibədə ölən erməni hərbçisinin atası Qarik Qaleyan adam oğurluğu cəhdinin olmadığını bildirib. O qeyd edib ki, müharibədə ölən digər hərbçilərin valideynləri ilə hərəkətdə olarkən küçədə Paşinyanın oğlunu görüblər.
Erməni hərbçilərdən birinin anası ona Yerablur hərbi panteonuna getməyi, "atası və anasının nə etdiyini" görməyi təklif edib. "Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb", - Qaleyan deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.