Avropada təbii qazın qiyməti 356 dollara endi

18-05-2023, 12:26           
Avropada təbii qazın qiyməti 356 dollara endi
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 360 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

Yenicag.az xəbər verir ki, 17 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 356 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (363,4 dollar) ilə müqayisədə 0,5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.