Paşinyanın oğluna görə polis bölməsində dava düşdü (VIDEO)

19-05-2023, 09:34           
Paşinyanın oğluna görə polis bölməsində dava düşdü (VIDEO)
Ermənistanın Şenqavit polis şöbəsində 44 günlük müharibədə ölən hərbçilərin valideynləri ilə polislər arasında gərginlik yaşanıb.
“Unikal” xəbər verir ki, camaat istintaq idarəsində yerləşdirilən polisin divarını aşaraq binaya daxil olmağa çalışıb. Polislərlə vətəndaşlar arasında dava olub.
Bu vaxta qədər saxlanılan 4 nəfərdən üçü sərbəst buraxılıb. Ölən Jora Martirosyanın anası Qayane Martirosyan hələ də həbsdədir.
Qadın baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın qaçırılmasında şübhəli bilinərək saxlanılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.