Ceff Bezos NASA-nın Aya qayıtmasına kömək edəcək

22-05-2023, 13:19           
Ceff Bezos NASA-nın Aya qayıtmasına kömək edəcək
NASA Artemis proqramı üçün ikinci Ay enişini elan edib və 2029-cu ildə Ayın cənub qütbünə astronavtları çatdırmaqla əlaqədar Blue Origin ilə müqavilə bağlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Blue Origin-in eniş aparatı "Space X" gəmiləri ilə birlikdə Artemis V missiyasının bir hissəsi olacaq.

İlon Maskın “Space X” şirkəti hazırda NASA ilə “Starship” raketi əsasında eniş sistemi yaratmaq üçün işləyir. Maskdan sonra kosmos agentliyi Amazon şirkətinin rəhbəri Ceff Bezosdan kömək istəyib. Ceff Bezos müqavilənin bir hissəsi olaraq NASA-dan 3,4 milyard dollardan bir qədər çox alacaq və onun şirkətinin də layihəyə eyni məbləğdə və ya daha çox pul xərcləyəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.