“Baxmut Rusiya qüvvələri üçün ətçəkən maşına çevrilib”. Bakupost.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib. “Bu hücum əslində Rusiyaya çox baha başa gəldi. Və dediyim kimi, bu, onlar üçün bir növ ətçəkən oldu”, – Kirbi vurğulayıb. Kirbi bildirib ki, Vaşinqtonun mayın əvvəlində Baxmutda rus itkiləri ilə bağlı elan etdiyi təxminlər doğrudur. Lakin o vaxtdan bəri ruslar hər gün daha da güclərini itirirlər.