Dairə ləğv olundu, deputatlar üz-üzə gəldi – Daha bir millət vəkili mandatsız qalacaq?

20-07-2024, 00:08           
Dairə ləğv olundu, deputatlar üz-üzə gəldi – Daha bir millət vəkili mandatsız qalacaq?
Mərkəzi Seçki Komissiyasının (MSK) seçki dairələrinin dislokasiyasını dəyişdirməsi bəzən hətta deputatlığa namizəd olmaq istəyən şəxsləri çətinə salır. Məlum olur ki, VI çağır Milli Məclisə seçilmiş bəzi deputatların dairələrinin nömrəsi və adları dəyişdirilib, onların yenidən hansı dairədən namizəd olacaqları bəlli deyil.

Məsələn, 46 saylı Şirvan seçki dairəsindən VI çağırış Milli Məclisə İltizam Yusfov deputat seçilib. Dislokasiya dəyişikliyindən sonra həmin dairə ləğv olunub və hazırda 68 saylı Sabirabad-Şirvan seçki dairəsi adlandırılır. Həmin dairdən isə Yeni Azərbaycan Partiyası deputat Kamal Cəfərovun namizədliyini irəli sürüb. Həmçinin AXP sədri Pənah Hüseyn də həmin dairədən deputat mandatı uğurunda mübarizə aparacaq.

Deputat İltizam Yusifovun isə namizəd olub-olmadığı bəlli deyil. Ola bilsin, deputatlar arasında seçimdə onun namizədliyi dəstək almayıb.

O da mümkündür ki, başqa bir dairədən namizədliyini irəlü sürmək tövsiyyə olunsun. (azpolitika)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.