Netanyahunun ofisi: İran İsrailə 180 raket atıb

Bu gün, 09:27           
Netanyahunun ofisi: İran İsrailə 180 raket atıb
İran İsrailə 180-ə yaxın raket atıb, onların əksəriyyəti vurulub.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu İsrail baş naziri ofisinin müşaviri Dmitri Gendelman deyib.
“Bu gecə İran İsrailə 180-ə yaxın ballistik raket atıb. Raketlərin çoxu İsrail Müdafiə Qüvvələri tərəfindən tutulub. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur”, - deyə o, öz Telegram kanalında yazıb.
Gendelman İsrailin “həm müdafiə, həm də hücum baxımından istənilən ssenariyə hazır olduğunu” vurğulayıb.
"Bizə zərər vurmaq istəyən və ya planlaşdıran hər kəsə zərbə endirəcəyik", deyə o xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.