“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 18:25
Saxta həkimlərə qarşı genişmiqyaslı hücuma keçən ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın instaqram hesabı bir həftənin içində ikinci dəfə bağlanıb.
TEREF xəbər verir ki, “shownews.az”-a açıqlama verən jurnalist narahat olmadığını bildirib:
“2-3 günlükdür. 2 gün mən, 2 gün də qoy saxta həkimlər istirahət etsin. Mən missiyamdan dönməyəcəyəm. Yenə başlayacağam, yenə davam edəcəyəm”.
Qeyd edək ki, saxta həkimləri ifşa edən jurnalistin sosial media hesablarına hücumlar olunur.