Arıqlama iynəsinin istehsalı dayandırılıb

Dünən, 15:14           
Arıqlama iynəsinin istehsalı dayandırılıb
Pfizer əczaçılıq şirkəti "Ozempic" dərmanının analoquna çevrilməli olan piylənmə dərmanı Danuglipronun hazırlanmasını dayandırır.

Demokrat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, tədqiqatlardan birində iştirak edən bir şəxs dərmanın səbəb olduğu qaraciyər zədəsi ilə üzləşib.

Şirkət qeyd edib ki, dərman metabolik xəstəliklərin müalicəsində istifadə edilməli idi. Pfizer əvvəllər dərmanın hazırlanmasını iki dəfə dayandırıb. Bu, tədqiqat iştirakçıları arasında ürəkbulanma və qusma hallarının yüksək olması səbəbindən aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.