"Google" bütün Android smartfonlarını buna məcbur edəcək

16-04-2025, 16:14           
"Google" bütün Android smartfonlarını buna məcbur edəcək
Yaxın gələcəkdə Android cihazları hər üç gündən bir avtomatik olaraq yenidən işə düşməyə başlayacaq. Bu məlumat təhlükəsizliyi tədbiri "Google Play" xidmətlərinin ən son yeniləməsində tətbiq edilib və uzun müddət kilidsiz qalan cihazlardakı məlumatları qorumaq üçün nəzərdə tutulub.

Bu barədə The Verge məlumat yayıb.

Ən son "Google Play" Services yeniləməsinə daxil olan yeni funksiya, smartfonun üç gün ərzində kilidi açılmadığı təqdirdə aktivləşdirilir. Avtomatik yenidən yükləmə cihazı İlk Kilidi Açmadan əvvəl (BFU) vəziyyətinə keçirəcək. Bu o deməkdir ki, istifadəçi PIN və ya parol daxil edənə qədər məlumat şifrələnir və biometrik autentifikasiya deaktiv edilir.

Yeniləmə təkcə Android smartfonlarına deyil, planşetlərə də təsir edəcək. Avtomatik yenidən başlatma funksiyası avtomobildaxili sistemlər, smart televizorlar və Wear OS cihazları kimi digər cihaz kateqoriyalarına şamil edilməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.