Qeyri-adi klaviatura satışa çıxarılır

16-04-2025, 16:28           
Qeyri-adi klaviatura satışa çıxarılır
"Atomic Keyboard" retro dizaynlı yeni "MDR Dasher" klaviaturasını təqdim edib.

Bu barədə məlumat "Hypebeast" platformasında dərc olunub.

Qeyd olunur ki, "Atomic Keyboard" şirkətinin təqdim etdiyi "MDR Dasher" klaviaturası 1977-ci ildə istehsal olunan "Data General Dasher" terminalının göy-ağ rəngli və massiv retro dizaynından ilhamlanaraq hazırlanıb.

Yeni modeldə ənənəvi "siçan" əvəzinə trekbol istifadə olunur. Bundan əlavə, klaviaturada "Escape", "Control" və "Option" düymələri çıxarılıb, bu da onun fərqli dizayn yanaşmasını göstərir.

Cihaz USB-C vasitəsilə kompüterə qoşulur və "Windows", "macOS" və "Linux" əməliyyat sistemləri ilə uyğun işləyir.

"MDR Dasher" məhdud sayda buraxılıb və hazırda şirkətin rəsmi saytında əvvəlcədən sifariş qiyməti 399 ABŞ dolları olaraq müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.