Trampın sosial media paylaşımlarını kim edir? - Özü etiraf edib ki...

Bu gün, 16:14           
Trampın sosial media paylaşımlarını kim edir? - Özü etiraf edib ki...
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə paylaşımları məhz özü edir.

Publika.az xəbər verir ki, o, bunu “Atlantic” jurnalına müsahibəsində etiraf edib.

Amerika liderinin sözlərinə görə, o, bunu çox sürətli edir.

"Heyrətlənərdiniz. Mən özüm də bunu bəyənirəm. Bəzən diktə edirəm, amma bunu özüm etməyi xoşlayıram”, - deyə Donald Tramp sosial mediada nə qədər vaxt keçirdiyi ilə bağlı suala cavab verib.

ABŞ Prezidenti həmçinin Ağ Evin interyerini yenilədiyini bildirib. Onun sözlərinə görə, bunun üçün şəxsi vəsait yatırıb. O qeyd edib ki, interyer qızıl kimi görünən boya ilə rənglənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.